Bundesliqanın bomardiri onların hədəfindədir
Almaniyanın “Ştutqart” klubunun qvineyalı hücumçusu Seru Quirassi Premyer Liqa klublarından birinə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə 90min. Məlumat yayıb.
27 yaşlı hücumçu ilə “Bornmut”, “Brentford”, “Kristal Pelas” və “Vest Hem” maraqlanır. Onun “Ştutqart”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalı qvineyalıya 14 milyon avro qiymət qoyub.
Bu mövsüm Seru Qirassi Avropanın yüksək liqalarında əsl kəşfə çevrilib. O, 7 matçda 13 qolla top-5 liqada ən çox qol vuran oyunçudur.

Aut.az
