Ona da xərçəng diaqnozu qoyuldu
“Lester”in sabiq baş məşqçisi Kreyq Şekspirə xərçəng diaqnozu qoyulub.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi keçmiş məşqçisinə, eləcə də ailəsinə dəstəyini ifadə edib.
Mütəxəssis isə öz növbəsində edilən xoş arzulara, bu çətin dövrdə ona və ailəsinə göstərilən dəstəyə görə təşəkkür edib.
Şekspir 2017-ci ilin fevralında Klaudio Ranyerinin qovulmasından sonra müvəqqəti olaraq “Tülkülər”ə rəhbərlik edib. Kreyqin rəhbərliyi altında komanda tarixdə ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. O, həmin ilin mart ayında baş məşqçi təyin olunub. Ancaq oktyabr ayında Şekspir qeyri-qənaətbəxş nəticələrə postundan uzaqlaşdırılıb.
2023-cü ilin aprelində isə Kreyq “Lester”in məşqçi kimi qayıdıb.
Aut.az
