Qovulmasına reaksiya verdi: Emosionalam
“Bavariya”nın sabiq idman direktoru Həsən Salihamiciç Münhen klubundan qovulması ilə bağlı danışıb.
“Əlbəttə, davam etmək istərdim. Bu komanda ilə yenidən Çempionlar Liqasını qazanmaq əzmində idim. Bu komanda həqiqətən yaxşıdır. Mən sadəcə uşaqlarla fəxr edirəm, bunu deməliyəm.
Ola bilsin ki, bu gün bir qədər emosionalam. Bununla belə, hər kəsə uğurlar arzulayıram. “Bavariya”ya gəlincə, həmişə emosional oluram, burada bir çox çətin vəziyyətlərim olub, həm də yaxşı. Son altı il üçün minnətdaram”, – deyə “Bayern & Germany” “Twitter” hesabında Salihamiciçdən sitat gətirib.
Qeyd edək ki, Salihamiciçlə yanaşı, “Bavariya”nın idarə heyətinin sədri Oliver Kan da qovulub
Aut.az
