Ulduz futbolçulardan “Bavariya”ya bəd xəbər: 9 ay sonra qayıtdı, yenə sıradan çıxdı
“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Atalanta”nı darmadağın edib.
Aut.az xəbər verir ki, Münhen klubu rəqibini 6:1 hesabı ilə məğlub edib. Lakin möhtəşəm nəticəyə baxmayaraq, Almaniya təmsilçisi zədə alan futbolçular səbəbindən itkilərlə üzləşib.
Komandanın yarımmüdafiəçisi Camal Musiala sol topuğunda ağrı hiss edir. Məlumata görə, futbolçu yayda zədələdiyi həmin nahiyədən narahatlıq yaşayır. Bununla belə, onun yaşıl meydanlara qayıdışının çox vaxt aparmayacağı gözlənilir.
Müdafiəçi Alfonso Devis isə daha ciddi zədə alıb. Kanadalı futbolçuda sağ budun arxa əzələsində yırtıq aşkarlanıb. Ön çarpaz bağ zədəsi səbəbindən 9 aylıq fasilədən sonra dekabrda meydana qayıdan Devis bu dəfə meydanı göz yaşları içində tərk edib.
O, Berqamoda keçirilən oyunda ikinci hissənin əvvəlində meydana daxil olsa da, cəmi 25 dəqiqə oynaya bilib.
Aut.az
