Maradona ilə özünü Messi və Ronaldo ilə müqayisə etdi – Əfsanəvi alman
Qərbi Almaniya millisi ilə dünya və Avropa çempionu, 1990-cı ildə “Qızıl top”un qalibi Lotar Matteus özünü və Dieqo Maradonanı Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edib.
Aut.az xəbər verir ki, Matteus, həmçinin portuqalla argentinalı arasında rəqabət haqqında fikirlərini bölüşüb.
“Dieqo mənim nəslimin ən yaxşı futbolçusu idi. Məndən sonra təbii ki! Bizim futbol dostluğumuz var idi. O vaxt Messi və Ronaldo kimi idik. Rəqabət onları böyük oyunçular edir. Dieqo ilə mən meydanda rəqib idik. Komandalarımız və ölkəmiz üçün mübarizə apardıq. Dieqo məni daha da gücləndirdi,.
Mən üslubuna görə Messinin pərəstişkarıyam. Messinin Ronaldodan daha yaxşı olduğunu söyləmək istəmirəm, çünki onların fərqli üslubları var. Ronaldo daha çox fiziki gücə malikdir. Messi daha ağıllıdır. Ona görə də Messiyə üstünlük verirəm. O, son 15 ildə futbolda daha önəmli fiqur olub. Onların hər ikisi ilə oynamaq şansım olsaydı, şübhəsiz ki, bu, argentinalı maestro olardı”, – Matteus “The Telegraph”a deyib.
Aut.az
