Dünya futbolu

Avro-2024: Belçika və Avstriyadan qələbə

Avro-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda Belçika Estoniyanı, Avstriya isə İsveçi məğlub edib.

İtaliya Ukraynaya qalib gəlib, İspaniya isə Kipr millisini darmadağın edib.

AVRO-2024, seçmə mərhələ
VI tur

12 sentyabr

A qrupu

İspaniya – Kipr – 6:0
Norveç – Gürcüstan – 2:0

Xal durumu: Şotlandiya – 15 xal, İspaniya – 9, Norveç – 7, Gürcüstan – 4, Kipr – 0

C qrupu

İtaliya – Ukrayna – 2:1
Malta – Şimali Makedoniya – 0:2

Xal durumu: İngiltərə – 13, Ukrayna – 7, İtaliya – 7, Şimali Makedoniya – 7, Malta – 0

F qrupu

Belçika – Estoniya – 5:0
İsveç – Avstriya – 1:3

Xal durumu: Belçika – 13, Avstriya – 13, İsveç – 6, Azərbaycan – 1, Estoniya – 1

İ qrupu

İsrail – Belarus – 1:0
22:45. Rumıniya – Kosovo – 0:0
İsveçrə – Andorra – 3:0

Xal durumu: İsveçrə – 11, İsrail – 11, Rumıniya – 9, Belarus – 4, Kosovo – 4, Andorra – 2