Dünya futbolu

Ronaldo 969-cu qolu ÇL-də vurdu

Kriştiano Ronaldo karyerasının 969-cu qolu vurub.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in 41 yaşlı hücumçusu AFC Çempionlar Liqasının 1/4 final mərhələsində BƏƏ-nin “Əl-Vəsl” komandasına qarşı ilk oyunda hesabı açıb (4:0).

11-ci dəqiqədə portuqaliyalı Nəvaf Buşalın ötürməsindən sonra topu cərimə meydançasının mərkəzindən sol küncə göndərib.

Bu, Kriştianonun karyerasında 969-cu qoldur. O, klubda 827, milli komandada isə 142 qol vurub.

Aut.az