Dünya futbolu

Azərbaycandan ayrılan qapıçı ölkəsinə qayıtdı

“Araz-Naxçıvan”dan ayrılan Kristian Avramın yeni klubu məlum olub.

Aut.az xəbər verir ki, qolkiper ölkəsinin təmsilçisi “Petrokub”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Araz-Naxçıvan” Avramla müqaviləni uzatmayıb. Qolkiper 2023-cü ildən Premyer Liqa klubunda çıxış edirdi.