Dünya futbolu

“Çelsi”nin 37 yaşlı sabiq ulduzu görün hansı klubla anlaşdı

“Çelsi”, PSJ və Braziliya millisinin sabiq müdafiəçisi David Luis özünə yeni klub tapıb.

Aut.az xəbər verir ki, 37 yaşlı futbolçu “Fortaleza Esporte” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026-cı il dekabrın 31-dək, daha bir mövsüm uzatma imkanı ilə müqavilə imzalayıblar. David Luis “Flamenqo”dan ayrıldıqdan sonra azadz agent kimi yeni komandaya pulsuz qoşulub.

David Luis 2021-ci ildən “Flamenqo”da çıxış edirdi. Braziliya A Seriyasında müdafiəçi 23 oyun keçirərək 3 qol vurub. O, əvvəllər “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi məşhur klublarda çıxış edib. Braziliya millisinin əsas heyətində 57 oyun keçirib.

Aut.az