Dünya futbolu

Poqbanı şantaj edən qardaşı ifadə verdi: Mən kukla idim

Dopinqə görə futboldan uzaqlaşdırılan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı Mattia Poqba müstəntiq tərəfindən dindirilib.

Aut.az xəbər verir ki, Matti dindirləmə zamanı 2022-ci ildə uşaqlıq dostları ilə birlikdə qardaşını niyə şantaj etdiyini, hədə-qorxu ilə pul tələb etdiyini açıqlayıb.

“Mən hamının kuklası idim. Məni əvvəldən aldadıblar. Onlar bizim üçün qardaş kimi idilər. Yanıma gəlib elə danışdılar ki, sanki qurbanlar idilər. Mən də onların dediklərinə aldanıb qardaşıma qəzəbimi bildirmək istədim, amma heç bir şəkildə ona təzyiq etmədim. Ümid edirəm ki, onu ən qısa zamanda yenidən görəcəyəm. Bu, çox vaxt aparacaq, amma ümid edirəm ki, əlaqəmiz bərpa olunacaq”, – deyə Poqbanın qardaşı bildirib.

Yada salaq ki, 2022-ci ildə Pol Poqbanın uşaqlıq dostları və daha iki silahlı şəxs onu Parisdəki mənzillərdən birinə dəvət edərək 13 milyon avro ödəməsini tələb etmişdilər. Hücum edənlərin dediyinə görə, onlar futbolçunu mühafizə etdikləri üçün bu pulu tələb ediblər. Eyni zamanda, Mattia Poqba bu şəxslərə fəal kömək etməkdə ittiham olunurdu.

Aut.az