Enrike onunla bağlı sualları cavablandırmaqdan imtina etdi
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 26-cı turunda “Nant”a qarşı keçiriləcək oyunda fransalı qapıçı Lyuka Şevalyenin oynayıb-oynamayacağı ilə bağlı suala konkret cavab verməyib.
Aut.az xəbər verir ki, fransalı qapıçı yanvar ayının sonundan bəri meydana çıxmır və rusiyalı qolkiper Matvey Safonovla rəqabətdə geri qalıb.
“Əsas məqsədimiz oyunu qazanmaqdır. Bu, ən vacib məsələdir. Sabah bu matç üçün ən optimal heyətin hansı olacağına qərar verəcəyik”, – deyə Enrike mətbuat konfransında bildirib.
PSJ – “Nant” qarşılaşması 22 aprel tarixində Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
