Mikels yeni klubu ilə müqavilə imzaladı
“Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu məlum olub.
Aut.az xəbər verir ki, alman vinger “Əl Faysal”a keçib. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Mikelslə razılaşmanın detalları açıqlanmayıb.
Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, “futuristlər”lə 69 oyunda 33 qol vurub. Vinger “Sabah” tarixinin bombardiri idi.
