Neymarın “Bavariya”ya təklif edilməsinə reaksiya: Bizə şoumen lazım deyil
Lotar Matteus Neymarı tənqid edərək, onun “Bavariya”ya lazım olmadığını deyib.
Aut.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, “Santos”un forvardının agenti Pini Zahavi Münhen komandasına 33 yaşlı braziliyalının xidmətini təklif edib. Lakin bu məlumatın yalan olduğu ortaya çıxıb, “Bavariya” Neymarla maraqlanmır .
“Bizə “Bavariya”da şoumen lazım deyil. Neymar özü haqqında çox düşünür, kənardan mənim fikrimdir, amma bunu dəfələrlə görmüşəm. O, dünyanın ən yaxşı oyunçularından biridir, ona görə də oynadığı klublarda çox pul qazanıb… Hər şey yaxşıdır, amma ” Bavariya” bir ailədir. Biz bir-birimizə önəm veririk. Neymarın komanda yox, özü haqda düşünür.
Ona görə də onun etdiyi hərəkətin normal olduğunu düşünürəm, amma digər tərəfdən nə vaxtsa “Bavariya”da oynasaydı, oyun tərzini bir az dəyişərdi. Bizə özünü birinci yerə qoyan yox, komanda ilə gedən, onunla nəticə qazanan adam lazımdır.
11 il əvvəl Neymar kimi oyunçunun Bundesliqada çıxış etməsi “Bavariya” və Almaniya futbolu üçün əla olardı. Amma son on ildə olduğu kimi yox”, – Münhen klubunun əfsanəsi deyib.
Aut.az
