Dünya futbolu

Futbolçular razılaşdı: PSJ qələbə bonusunu əməkdaşlar arasında böləcək

PSJ Çempionlar Liqasını qazandığı üçün bütün əməkdaşlara bonuslar ödəməklə bağlı vədini yerinə yetirəcək.

Mayın əvvəlində bildirildi ki, klub prezidenti  Nasser Əl-Xəlaifi adətən yalnız futbolçular üçün nəzərdə tutulan bonusların bir hissəsini klub işçilərinə ödəyəcəyini vəd edib.

Aut.az xəbər verir ki, “Le Parisien”in məlumatına görə, Əl-Xəlaifi yanvarda verdiyi sözə əməl edəcək. Əvvəlcə yalnız oyunçular üçün nəzərdə tutulmuş qalibiyyət üçün bonus PSJ-nin bütün 700 işçisi arasında bölünəcək . Futbolçular və məşqçilər bununla razılaşıblar.

Nə qədər pulun paylanacağı məlum deyil.

Aut.az