Dünya futbolu

Messi dünyanın ən titullu futbolçusu oldu

Messi qol vurdu, ABŞ-da ilk kuboku qazandı – VİDEO

“Neşvil” və “İnter Mayami” komandalarının qarşılaşdığı MLS + MX Liqa Kubokunun final oyunu başa çatıb.

Aut.az xəbər verir ki, komandalar Neşvildə (ABŞ) “Geodis Park” stadionunda qarşılaşıblar. Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə “İnter Mayami”nin futbolçuları daha dəqiq olub.

Bu qarşılaşmada da qol vuran Lionel Messi tarixin ən titullu futbolçusu statusuna sahib olub. O, peşəkar karyerası ərzində 44-cü titulu qazanıb.

Buna qədər Leo 43 titulla Dani Alveslə “şərik” idi.

Aut.az