Dünya futbolu

Ərəbistanda üsyan: Vəziyyətdən narazıdırlar

Məlum olduğu kimi, bir müddət əvvəl Səudiyyə futbolunda əsl inqilab baş verdi. Bu ölkənin İctimai İnvestisiya Fondu (PIF) dörd əsas liqa komandasının – “Əl-Nəsr”, “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli”nin sahibi oldu.

Bu o deməkdir ki, onlara bu yay çılğın sövdələşmələr etməyə imkan verən qeyri-məhdud maliyyə resurslarına çıxış imkanı qazandılar.

Nəticədə Sadio Mane, Marselo Brozoviç, Ruben Neveş, Neymar, Kante, Kərim Benzema, Fabinyo, Riyad Mahres, Frank Kessye, Roberto Firmino və başqa futbolçular bu klublarla müqavilə imzalayıblar. Yay transfer pəncərəsinin son günlərində növbəti səs-küylü transferlərin reallaşacağı gözlənilir.

Ərəbistanda üsyan: Vəziyyətdən narazıdırlar Ancaq Səudiyyə Ərəbistanı çempionatında 4 deyil, 18 klub var. Digər 14 klub bu vəziyyətdən narazıdır. Artıq onlar dilə gəlməyə başlayıblar “Əl-Şəbab”ın prezidenti Xalid Əl-Baltan “böyük dördlüyün” şişmiş transfer bazarına təsirindən şikayətlənib:

“Bircə onu qeyd etmək lazımdır ki, bizim üçün transfer bazarsında tələblər 3 dəfə artıb. Çünki biz Səudiyyə Ərəbistanı klubuyuq. Hamı bizim PIF-ə aid olduğumuzu düşünür. Onlara deyirəm ki, pulumuz yoxdur, biz sadəcə klubuq. Bu il bizim üçün pis oldu. Transfer danışıqları çox çətin keçir”.

“Əl Şabab”ın heyətində “Sevilya”, “Valensiya” və “İnter”dəkı çıxışları ilə tanınan Ever Baneqa dörd il əvvəl komandaya qoşulub. Onun aldığı məvacib indiki transferlərlə müqayisədə xeyli aşağıdır.

Ərəbistanda üsyan: Vəziyyətdən narazıdırlar

“Əl-Əhli” ilə oyundan sonra “Əl-Xalic”in futbolçusu Həməd Əl-Abdan da oxşar fikirləri səsləndirib:

“PİF-ə aid olmayan komandalarda məhdud sayda keyfiyyətli oyunçular var. Bu, ədalətin itirilməsindən xəbər verir. Demək istədiyim budur ki, sizin gördüyünüz iş elə bilirsiz azarkeşləri sevindirir?

Ola bilməz ki, 4 komandada yüksək səviyyəli oyunçular olsun, digərlərində isə yox. Bəli, futbol 11-11-ə oynanılır, amma 2 ay əvvəl bu oyunçular Premyer Liqada və Çempionlar Liqasında oynayırdılar. İndi də bura gəliblər… Bizdə kim var? Böyük fərq var. Bu normal deyil. Bu gün ikinci hissədə daha yaxşı idik, amma ümumilikdə “Əl-Əhli” açıq-aşkar üstün oldu.

Maraqlıdır ki, bunlar tək-tük narazılıq hallarıdır. Bəlkə də yaxın gələcəkdə yeni açıqlamalar gələcək. Göründüyü kimi, Səudiyyə Ərəbistanında bərabər şərait qurulmayıb. Lakin heç kim bunun belə davam edəcəyinə də söz verməyib. Nəyin necə olacağını isə zaman göstərəcək.

Aut.az