Messi həmyerlisini dilə tutur ki…
“İnter Mayami”nin hücumçusu Lionel Messi kluba transfer fəaliyyətində kömək etməyə çalışır.
Aut.az xəbər verir ki, argentinalı futbolçu “Boka Xuniors”un müdafiəçisi Markos Roxonu Florida təmsilçisinə keçməyə razı salmağa çalışır. Bu barədə “Radio Continental” məlumat yayıb.
Mənbənin məlumatına görə, Messinin 33 yaşlı həmyerlisi təkcə onunla deyil, həm də komandanın baş məşqçisi Xerardo Martino ilə əlaqə saxlayır.
Braziliya təmsilçisi “Palmeyras” da Roxonun transferində iddialıdır.
Müdafiəçi 2021-ci ilin fevralında azad agent kimi “Mançester Yunayted”dən “Boka Xuniors”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm Roxo 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Roxo karyerası ərzində “Mançester Yunayted”dən başqa, “Sportinq”, Moskvanın “Spartak” və “Estudiantes LP” klublarında çıxış edib.
