Dünya futbolu

Həm kef edir, həm də qazanır: Nəhəng gəmi ilə səyahətə çıxdı

“Əl-Hilal”ın hücumçusu Neymar öz gəmisi ilə Braziliya sularında kruiz təşkil edib.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Dekabrın 27-də saat 00:01-də (Bakı vaxtı ilə) layner Rio-de-Janeyroya yola düşüb. Tədbir 3 gün davam edəcək.

“MSC Preziosa”nın göyərtəsində ümumilikdə 3500 nəfər var. Əyləncə seçimlərinə ixtisaslaşdırılmış mağazalar, kazinolar, boulinq meydançaları, kino və əyləncə otaqları, canlı tamaşalar və konsertlər, su parkı və bir çox yemək seçimləri daxildir. Gəmidə Neymar ailə üzvləri ilə birlikdədir.

Braziliyalı ulduzla 72 saatlıq səyahət üçün bilet qiymətləri 1000-6000 avro arasında dəyişir.

Xatırladaq ki, Neymar zədələdiyi üçün 2024-cü ilin avqust ayına qədər sıradan çıxıb.

Aut.az