İspaniya

“Real” onu saxlamaq istəyir: Fikirləşir, qorxur ki…

“Real” liderlərindən biri, 33 yaşlı mərkəz yarımmüdafiəçisi Toni Kroosla müqaviləni uzatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, alman futbolçunun “Los Blancos”la hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır və Madrid klubunun rəhbərliyi Tonini klubda qalmağa razı salmağa çalışır. Eyni zamanda, Turin “Yuventus”u vəziyyətin inkişafını diqqətlə izləyir. “Yuve” Kroosun xidmətində maraqlıdır.

“Mundo Deportivo”ya görə, Kroos və onun nümayəndələri düşünmək üçün vaxt istəyib. Çünki futbolçu bu mövsüm daha az oyun vaxtı alan Luka Modriçin vəziyyətinə düşməkdən qorxur.

Əlavə edək ki, Kroos 2014-cü ildən “Real”da çıxış edir. Bu müddət ərzində futbolçu 19 kubok qazanıb, o cümlədən üç dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az