Belə məşqçiləri başa düşmürəm – Mourinyo kimə söz atıb?
“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Mourinyo yenə də dilini dinc saxlamayıb, bəzi məşqçilərə söz atıb.
“Gələcək? Mən bilmirəm. Bir il məzuniyyət götürən məşçiləri başa düşmürəm. Mən işləməməyi sevmirəm. Mən sadəcə bunu etmək istəyirəm, amma səbirli olmaq və düzgün fürsət tapmaq üçün vaxtım var.
Böyük təkliflərdən imtina etdim. Birincisi, dünya çempionatından üç il əvvəl Portuqaliyadan idi. Sonra Səudiyyə Ərəbistanından əla təklif gəldi. Mən seçimlərimdə həqiqətən praqmatik və peşəkaram. Ancaq “Roma”dan ayrılanda onları qəbul etmədim. Məndə elə bir hiss var idi ki, azarkeşlər üçün, o cümlədən Avropa finalları üçün yaxşı xatirələr buraxmışam”, –Canluka Di Marzio Mourinyodan sitat gətirib.
Aut.az
