Dünya futbolu

PSJ rusiyalıya görə 20 milyon ödəyir

PSJ “Krasnodar”ın qapıçısı Matvey Safonovla müqavilə imzalamaq üzrədir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Mənbənin sözlərinə görə, Fransa çempionu 25 yaşlı qolkiperdə böyük potensial görür. Onun üçün mümkün bonuslar da daxil olmaqla 20 milyon avro ödəyəcəklər.

Qeyd olunur ki, hələlik müqavilə imzalanmayıb, çünki tərəflər hələ də bəzi detallar barədə razılığa gəlməlidirlər.

Transfermarkt portalı Matvey Safonovun dəyərini 18 milyon avro qiymətləndirir.

Aut.az