Azarkeşlərin sevimli futbolçusu – Namizədlər
“Globe Soccer Awards”a görə azarkeşlərin sevimli oyunçusu adına namizədlər açıqlanıb.
Aut.az xəbər verir ki, mükafatın sosial şəbəkə hesablarında müxtəlif nominasiyalar üzrə qələbəyə namizədlərin siyahıları dərc olunub.
Azarkeşlərin sevimli oyunçusu nominasiyasına namizədlər:
Cud Bellinqem (Real Madrid, İspaniya), Erlinq Haaland (Mançester Siti, İngiltərə), Harri Keyn (Bavariya, Almaniya), Robert Levandovski (Barselona, İspaniya), Kilian Mbappe (PSJ, Fransa) , Neymar (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Lionel Messi (“İnter Mayami”, ABŞ), Kriştiano Ronaldo (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Vinisius Junior (“Real Madrid”, İspaniya).
Xatırladaq ki, bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. Adətən hər dekabrın son günlərində Dubayda keçirilir. Keçən il Məhəmməd Salah “Globe Soccer Awards”da azarkeşlərin sevimli oyunçusu mükafatını qazanıb.
Aut.az
