Etiraf: Bu lənət ömrü boyu mənimlə qalacaq
Fransa millisinin və PSJ-nin hücumçusu Randal Kolo Muani 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatının finalında Argentina ilə oyunun əlavə vaxtının son dəqiqəsində təkbətəkdən yararlana bilmədiyi epizod haqda danışıb.
Aut.az xəbər verir ki, futbolçu ömrünün sonuna qədər bu lənətin onu müşayiət edəcəyini bildirib.
“Mən həmişə Dünya Kubokunun finalında təkbətəkdən yararlana bilməyən adam olacağam. Bu lənət ömrümün sonuna qədər mənimlə qalacaq. Karyeram bitəndə belə insanlar mənimlə bu barədə danışacaqlar. Təbii ki, özümü hələ də pis hiss edirəm”, – Kolo Muani “Onze Mundial”a deyib.
Xatırladaq ki, görüşdə hesab 3:3 olarkən Kolo Muani qol şansından yararlana bilməyib.
Nəticədə Argentina millisi penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
Aut.az
