Tarixə düşdü – Heç kimin edə bilmədiyini…
Kilian Mbappe PSJ-in tarixinə düşüb.
Aut.az xəbər verir ki, Kilian Fransa Kubokunun 1/16 finalında altıncı divizionunda çıxış edən “Pei de Kassel”lə mübarizədə 5 qol vurub. Bununla da Mbappe Paris təmsilçisinin tarixində pentatrik edən ilk oyunçu olub. Ona qədər heç kim bir oyunda bu qədər məhsuldar olmamışdı.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mbappedən başqa, Neymar və Karlos Soleri də hərəyə bir dəfə fərqlənib.
Bununla da “PSJ” Fransa kubokunun 1/8 finalına yüksəlib. Paytaxt təmsilçisi bu mərhələdə əzəli rəqib “Marsel”lə mübarizə aparacaq.
