Ronaldodan Neymara çağırış: Tələsmə
Braziliya millisinin keçmiş hücumçusu və ikiqat dünya çempionu Ronaldo hücumçu Neymarı millidən ayrılmaqla bağlı qərar verməyə tələsməməyə çağırıb.
Futbolçu daha əvvəl milli komandadan ayrılacağına dair ehtimallar barədə danışmışdı.
Aut.az xəbər verir ki, Ronaldo “TNT Sports”a bildirib:
“Özündən heç nə tələb etmə və indi qərar vermə. Sənə bu lazım deyil. İndi heç kimin heç nəyə qərar verməsinə ehtiyac yoxdur.
Neymar kluba qayıdacaq və oynamağa davam edəcək. Onun ciddi zədədən sonra sağaldığını unutmamaq vacibdir. Neymar ardıcıl 10-15 oyun oynayacaq, yenidən qol vuracaq və özünəinamını bərpa edəcək.
Ola bilsin ki, bir müddət sonra Ançelotti onu yenidən Braziliya millisi üçün seçim kimi görəcək. Onun yaxşı texniki bacarıqları var. Amma yaxşı fiziki vəziyyətdə olması lazımdır”.
Aut.az
