Dünya futboluAlmaniya

Kroos bu işlə məşğul olacaq

“Real Madrid”in və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Toni Kroos futbolçu karyerasını bitirdikdən sonra nə edəcəyi barədə danışıb.

Aut.az xəbər verir ki, Kroos bu barədə Almaniya mətbuatına müsahibəsində deyib:

“Real Madrid”in gənclər akademiyasında çalışacağam və bundan əlavə, vaxtımın çox hissəsini ailəmlə keçirməyə çalışacağam”.

Xatırladaq ki, Kroos Avro-2024-dən sonra karyerasını bu yay başa vuracaq. 34 yaşlı alman yarımmüdafiəçi artıq klub səviyyəsində son oyununu iyunun 1-də Çempionlar Liqasının finalında “Uembli”də Dortmund “Borussiya”sına qarşı keçirib (2:0).

Aut.az