Argentinanın vitse-prezidentindən paylaşım: Qəsbkarlara qarşı oynayacağıq
Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə ilə keçiriləcək matçın siyasi əhəmiyyətindən danışıb.
Aut.az xəbər verir ki, vites-prezident bu barədə sosial mediada paylaşım edib:
“Sabah biz qəsbkar quldurlara qarşı oynayacağıq. Bu, sadəcə növbəti matç deyil.
Siyasi cəhətdən korrekt və ya təmkinli olmayacağam: ingilislərə qarşı oyun həmişə daha çox şey haqqında olur. Bu, Malvin adalarıdır, bu, Dieqodur, bu, Leonun son turniridir və bu, işğalçıları dayandırmaq üçün bir şansdır.
İrəli, Argentina! Çünki son nəfəsimizə qədər özümüzə məxsus olanı tələb edəcəyik!”.
İngiltərə – Argentina matçı bu gün, 15 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Aut.az
