Yamalın Mbappe üzərində əzici üstünlüyü
2026-cı il Dünya Kubokunun ilk yarımfinal matçında İspaniya Fransanı 2-0 hesabı ilə məğlub edərək turnirin finalına yüksəldi.
Matç iki komandanın liderləri Lamin Yamal və Kilian Mbappe arasındakı rəqabət kimi də yadda qaldı.
Aut.az xəbər verir ki, bu matç da daxil olmaqla, oyunçular artıq klub və beynəlxalq səviyyədə 11 dəfə, o cümlədən milli komandalar səviyyəsində 3 dəfə üz-üzə gəliblər.
Yamal bu oyunlarda böyük üstünlüyə malikdir. 19 yaşlı Lamin artıq Kiliana qarşı doqquz matçda qalib gəlib. Milli komandalar səviyyəsində keçirilən 3 oyunun hamısında qələbəyə sevinən Yamal olub.
