Dünya futbolu

“Liverpul” “Çelsi”nin müdafiəçisini hədəfə aldı

“Liverpul” “Çelsi”nin 22 yaşlı müdafiəçisi Levi Kolvillə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə RTK məlumat yayıb.

Mənbənin sözlərinə görə, mersisaydlılar uzun müddətdir ingilis futbolçunun inkişafını izləyirlər. “Qırmızılar” gələn yay onu transfer etməyə cəhd edə bilərlər.

Kolvil bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 55 milyon avrodur.

Aut.az