Dünya futbolu

Millimizin üzvü oynadı

Niderland birinci divizionunda 4-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “Telstar”ın qonağı olub.

Görüş Kökçünün komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin üzvü meydana start heyətində çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Hazırda “Eyndhoven” 7 xalla 6-cı pillədədir.