Dünya futbolu

Həbsxanada yaxınları ilə görüşə bilmir, çarpayısı da yoxdur

BƏƏ həbsxanasında saxlanılan “Spartak”ın hücumçusu Kvinsi  Promes yaxınları ilə görüşmək imkanından məhrumdur.

Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu həbsxanada belə qaydalar koronavirusun yayılmasından sonra tətbiq edilib. Yalnız məhkumlara baş çəkməyə icazə verilir, istintaq təcridxanasında olanlara isə icazə verilmir.

Daha əvvəl məlum olub ki, Promeslə eyni kamerada 20-yə qədər adam qalır. Onlardan yalnız altısının çarpayıda öz yeri var.

Əvvəllər media Promesin təqsirli bilindiyi Niderlanda təhvil verilə biləcəyini yazmışdı.

Aut.az