UEFA İrəvandakı təxribatı araşdırır
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Aut.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Bundan başqa, azarkeşlər oyunda protexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.
Ermənilər bu qarşılaşmada dronla qondarma rejimin əski parçasını qaldırıblar. Görüş Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə bitib.
