Rekordçu milli karyerasını başa vurdu
Meksika millisinin yarımmüdafiəçisi və kapitanı Andres Quardado millidəki karyerasını başa vurub.
Aut.az xəbər verir ki, 38 yaşlı futbolçunun millinin heyətində son matçı “mayalılar”ın 2:0 hesabı ilə qalib gəldiyi ABŞ komandası ilə yoldaşlıq oyunu olub.
Qarşılaşma Qvardadonun millidə 182-ci görüşü olub. O, bu göstəriciyə görə Meksika yığmasının rekordçusudur. Yarımmüdafiəçi 5 dünya çempionatında iştirak edib.
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre artıq Qvardadonu məşqçi heyətinə dəvət edib. Yarımmüdafiəçi gələcəkdə millidə işləməkdən xoşbəxt olacağını, lakin ilk növbədə belə işlərə hazırlaşmalı olduğunu bildirib.
Aut.az
