Vəkili və taktikanı dəyişdi: istintaqla razılaşmaq istəyir
“Barselona”, “Yuventus”, PSJ və Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves zorlama işində minimum cəzaya nail olmaq üçün istintaqla razılaşmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Alves bu yaxınlarda vəkilini dəyişib. İndi braziliyalının maraqlarını məhkəmədə cinsi zorakılıq və cinayət hüququ üzrə ixtisaslaşmış kataloniyalı hüquqşünas İnes Qvardiola təmsil edir.
Vəkil dəyişikliyi ilə yanaşı, braziliyalının məhkəmədə seçdiyi müdafiə strategiyası da dəyişib. İndi fikir futbolçunun cəzasını mümkün qədər azaltmaq üçün İspaniya ədliyyə sistemi ilə razılığa gəlməkdir. Hələlik braziliyalını 8 ildən 10 ilə qədər həbs gözləyir.
Bu planı həyata keçirmək üçün Alves zərərçəkənə dəymiş ziyana görə hələ müəyyən edilməmiş məbləğdə pul ödəməli olacaq.
Xatırladaq ki, Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında o, Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham olunub.
Aut.az
