Dünya futbolu

Mbappe fransızları səs verməyə çağırdı: Ölkəni bu insanların əlində qoya bilmərik

Fransa yığmasının kapitanı Kilian Mbappe həmyerlilərini parlament seçkilərinin ikinci turuna gəlməyə və ifrat sağçıların birinci turda qalib gəlməsindən sonra “sağ tərəfə” səs verməyə çağırıb.

Aut.az xəbər verir ki, o, “RMC Sport”a müsahibəsində bu sözləri deyib:

“Bu, təcili ehtiyacdır. Bizə hər zamankindən daha çox çıxıb səs vermək lazımdır. Ölkəni bu insanların əlinə buraxa bilmərik. Nəticələrini gördük, bu, fəlakətlidir. Ümid edirik ki, vəziyyət dəyişəcək, hamı işıqlı tərəfə səs vermək üçün səfərbər olacaq”.

Qeyd edək ki, iyulun 7-də baş tutacaq seçkinin ikinci turu həlledici olacaq.

Aut.az