Dünya futbolu

Ronaldonun sirri: Genetika, yoxsa…

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerası barədə danışıb.

Aut.az xəbər verir ki, 38 yaşlı hücumçu peşəkarlığı və iş etikası haqda sirlərini bölüşüb:

“Komanda yoldaşlarım mənim həyat, iş tərzimi, nizam-intizamımı və iş etikamı hiss edirlər. 20 ildir ən yüksək səviyyədə oynamağım sadəcə təsadüf deyil. Genetikadan danışırlar. Genetika vacibdir, bəli, amma eyni dərəcədə vacib olan digər amillər də var. Futbol həyat tərzidir. Biz həmişə məqsədyönlü, konsentrasiyalı və son dərəcə peşəkar olmalıyıq. Bütün bunları təcəssüm etdirə bilmək üçün ən yaxşı formada olmaq lazımdır”.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin 30 dekabrından “Əl-Nəsr”də çıxış edir. O, Səudiyyə Ərəbistanı çempionatının ikinci dövrəsindən bu komandaya qoşulub. Ümumilikdə 19 oyunda meydana çıxan portuqaliyalı superulduz 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.