Ronaldodan qalmaqallı açıqlama: İspaniyada qol vurmaq daha asan idi, nəinki…
Portuqaliya yığmasının və “Əl-Nassr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının səviyyəsini Avropa liqaları ilə müqayisə edib.
Aut.az xəbər verir ki, Ronaldo bu barədə jurnalist Pirs Morqana müsahibəsində deyib.
“Hazırda Premyer Liqanın ən yaxşı klubunda oynasaydım, yenə də eyni sayda qol vurardım. Səudiyyə Ərəbistanı liqası yeganə güclü komandanın PSJ olduğu Fransa və Portuqaliya liqalarından qat-qat maraqlıdır.
İnanıram ki, Səudiyyə Ərəbistanında vurulan qollar “Qızıl buts” mükafatına hesablanmalıdır. Mənim üçün İspaniyada qol vurmaq Səudiyyə Ərəbistanından daha asan idi”, – Ronaldo deyib.
Aut.az
