Dünya futbolu

Ronaldonun başını itirməsi təbiidir – Xorxe Xesus

“Əl-Hilal”ın baş məşqçisi Xorxe Xesus Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında ” Əl-Nəsr”in (2:1) hücumçusu Kriştiano Ronaldonun meydandan qovulmasına münasibət bildirib.

“Ronaldo dünyanın ən vacib oyunçularından biridir və çoxları üçün nümunədir, lakin o, uduzmağa öyrəşməyib. Ona görə də belə matçlarda uduzduqda başını, həmçinin emosional və zehni konsentrasiyasını itirməsi təbiidir”, – Xesus bildirib.

Xatırladaq ki, 86-cı dəqiqədə Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb.

Aut.az