Dünya futbolu

Messi yoxdur, amma Martines var

İyunun 29-dan 30-na keçən gecə i Amerika Kubokunda qrup mərhələsinin 3-cü turunda Argentina Peru ilə qarşılaşıb.

Aut.az xəbər verir ki, oyun Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu “İnter”in hücumçusu Lautaro Martines vurub.

Qeyd edək ki, Argentina millisinin lideri, 37 yaşlı hücumçu Lionel Messi əzələsindən aldığı zədə səbəbindən bu qarşılaşmada oynamayıb.

Qrupun digər görüşündə Kanada ilə Çili qarşılaşıb və oyunda hesab açılmayıb. Bu qrupdan 1/4 finala Argentina və Kanada adlayıb.

Aut.az