Runinin tarixi uğurunu təkrarladı: Ancaq…
Avro-2024-ün 1/8 final mərhələsində Almaniya Danimarkanı 2:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, 68-ci dəqiqədə Camal Musiala Bundestemin ikinci qoluna imza atıb. “Bavariya”nın futbolçusu Avro 2024-də üçüncü dəfə fərqlənib.
Avropa çempionatları tarixində cəmi bir futbolçu gənc yaşda 3 qol vurub. Avro-2004-də ingilis Ueyn Runi üçüncü qolunu vuranda 18 yaş 7 ay 28 günlük olub. Musiala isə “Danimarka” ilə oyun zamanı 21 yaş 4 ay 3 günlük idi.
Aut.az
