Avropa Çempionatı

Oyundan əvvəl azarkeşlərlə polis arasında toqquşma: Həbs olunanlar var

İyunun 25-də Münhendə küçələrində serbiyalı azarkeşlər ilə polis arasında toqquşma baş verib.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bu, Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Danimarka – Serbiya matçından (0:0) əvvəl baş verib. Polis 6 serb fanatı həbs edib.

Qeyd edək ki, Serbiya millisi 3 oyundan 2 xal toplayaraq C qrupunu sonuncu sırada bitirib və turnirlə vidalaşıb.