Klub tapa bilmədi: Nə edəcək?
Loik Remi karyerasını bitirmək qərarına gəlib.
Aut.az xəbər verir ki, klubsuz olan 36 yaşlı hücumçu peşəkar futbolla vidalaşmağa hazırlaşır. “Lion”, “Marsel”, “Nyukasl”, “Çelsi”, “Rizəspor” və “Adana Dəmirspor”da çıxış etmiş fransızın son klubu “Brest” olub. Forvard yayda Fransa təmsilçisindən ayrıldıqdan sonra klub tapa bilməyib.
Qeyd edək ki, Remi bir dəfə Fransa və Premyer Liqa çempionluğunu, həmçinin hər iki ölkənin Liqa Kubokunu qazanıb.
