Dünya futbolu

Messi “Mayami”ni xilas etdi – VİDEO

MLS-in 2-ci turunda “İnter Mayami” “Los Anceles Qalaksi”nin qonağı olub.

Aut.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb, “Qalaksi”nin hücumçusu Deyan Yoveliç fərqlənib. Florida təmsilçisi 92-ci dəqiqədə Lionel Messinin dəqiq zərbəsindən sonra məğlubiyyətdən xilas olub. Qolun ötürməsini Xordi Alba verib.

Bu, Leonun cari mövsümdə ilk qolu olub.

Qeyd edək ki, 2 turdan sonra 4 xal toplayan “İnter Mayami” 4 xalla Şərq konfransının lideridir.