Həbsdən çıxdı – Amma gözləyəcək ki…
“Spartak”ın niderlandlı hücumçusu Kvinsi Promes BƏƏ-də həbsdən azad edilib.
Aut.az xəbər verir ki, bu barədə NOS internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Promesə azadlıqda Niderlanda ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləməli olacaq.
Qeyd olunur Promesin girov müqabilində azad edilib-edilmədiyi bəlli deyil. Amsterdam prokurorluğu onun sərbəst buraxılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, fevralın sonunda komandanın qış məşqini keçirdiyi Dubay hava limanında futbolçu “Spartak” oyunçuları ilə birlikdə təyyarəyə buraxılmayıb. Saxlanmaya səbəb 32 yaşlı niderlandlının BƏƏ-də qəza törətməsi və hadisə yerini tərk etməsi olub. Eyni zamanda vətəni Niderlandda Promes 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Aut.az
