Dünya futbolu

Əfsanəvi futbolçunun oğlu bu klubla müqaviləni uzatdı

Cinah hücumçusu Aaron Maluda “Lill”lə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, klubun saytında yer alan xəbərə görə, müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Maluda 2023-cü ilin yayında “Renn”dən “Lill”ə keçib. Oktyabr ayında o, Liqa 1-də debüt edib və Konfrans Liqasında oynayıb. O, Fransa U19 millisində 5 oyun keçirib.

18 yaşlı Aaron “Çelsi”nin və Fransa millisinin futbolçusu Florent Maludanın oğludur. Florent futbolçu karyerasını 2018-ci ilin yayında başa vurub. 2019-cu ildə o, qısa müddət ərzində “Sürix”in məşqçilər korpusunda yer alıb.

Aut.az