20 yaşlı qapıçı öldü
“Ural-2” və “Ural-M” komandalarının keçmiş qapıçısı Davıd Alekseyev 20 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Yekaterinburq klubunun Telegram kanalı xəbər verib. Ölümün səbəbləri qeyd edilmir.
“Biz dərindən kədərlənirik və futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk”, – mesajda deyilir.
2021-ci ildə Alekseyev “Ural”ın əsas komandasına dəvət olunub və yoldaşlıq görüşlərində çıxış edib. Onun son klubu 2022-ci ilin yayında keçdiyi Vladivastok “Dinamo”su olub.
