Azərbaycanlı futbolçu: O, sadəcə olaraq əclafdır
“Dinamo”nun keçmiş futbolçusu Aleksandr Əliyev sabiq komanda yoldaşı Anatoli Timoşuk barədə danışıb.
Aut.az xəbər verir ki, Azərbaycan əsilli Əliyev hazırda Rusiyada yaşayan həmkarını əclaf adlandırıb:
“O, orada oturub “Qazprom”dan pul alır və onun üçün hər şey qaydasındadır, Rumıniya vətəndaşlığını alıb. Əvvəllər o, özünü böyük vətənpərvər kimi aparır, üzünə bayraqlar çəkirdisə, indi əsl simasını göstərib. Əvvəllər o, Ukrayna futbolunun simvolu idisə, indi o, sadəcə olaraq əclafdır.
Adam pulu sevir, atası könüllü ordu sıralarına yazılıb. Ona, ailəsinə, xalqına xəyanət edib. İndi onun ölkəsi Rusiyadır”.
