Üçüncü dəfə çempion oldular: Ardıcıl 82 oyundur qazanırlar
“Arkadağ” futbol klubu ardıcıl üçüncü dəfə Türkmənistan çempionatının turnir cədvəlində birinci yeri tutub.
Aut.az xəbər verir ki, cari mövsümdə Rovşen Muxadovun komandası 28 oyunun hamısında qələbə qazanıb və ən yaxın rəqibini 28 xal qabaqlayıb.
Qeyd edək ki, 2023-cü ildə yaradılan klub bu müddət ərzində bir dəfə də olsun məğlubiyyət yaşamadan üç dəfə Türkmənistan çempionu olub. “Arkadağ” indiyədək keçirdiyi 82 oyunun hamısında qalib gəlib.
Bundan əlavə, klub iki dəfə Türkmənistan Kubokunu və Superkubokunu qazanıb, həmçinin Asiya Çağırış Liqasının qalibi olub.
Qeyd edək ki, “Arkadağ” klubunun təsisçisi Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovdur.
Aut.az
