Dünya çempionu cəzalanmasından yazdı: Cəmi bir qaşıq…
Argentinalı yarımmüdafiəçi Alexandro Qomez dopinq testi müsbət çıxdığına görə 2 illik cəzalandırılmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, o, sosial şəbəkə səhifəsində bu sözləri yazıb:
“Mən heç vaxt qadağan olunmuş maddə qəbul etməmişəm. Həmin maddə bir qaşıq öskürək siropu qəbul etməklə qanıma keçib. Mən sadəcə öskürəyi aradan qaldırmaq istəyirdim, başqa məqsədim yox idi. Aydınlaşdırmaq istərdim ki, qəbul etdiyim maddə heç bir şəkildə futbolda performansı yaxşılaşdırmır”.
Qeyd edək ki, “Montsa”ya məxsus olan 35 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının cari mövsümndə cəmi 2 oyunda iştirak edib.
