“Liverpul” öz rekordunu yenilədi
İngiltərə Liqa Kubokunun finalında “Liverpul” “Çelsi”ni məğlub etməklə (1:0) rekorda imza atıb.
Aut.az xəbər verir ki, “qırmızıalr” tarixində 10-cu dəfə (1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022, 2024) mükafatı qazanıb. Bu da Liqa Kubokunun rekord göstəricidir. Maraqlıdır ki, Mersesayd təmsilçisi öz rekordunu yeniləyib.
Qeyd edək ki, “Liverpul”dan sonra bu kuboku ən çox “Mançester Siti” qazanıb – 8 dəfə.
